Tramp ABŞ-ı Kiyevdən uzaqlaşdırır – KİV

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Vaşinqtonun Ukraynadakı fəaliyyəti mənasızdır və Rusiyanı qıcıqlandırır.

Sozcu.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” qəzeti öz mənbələrinə istinadən yayıb.

Qəzet ABŞ liderinin Moskva və Vaşinqton arasındakı münasibətləri yoluna qoymağı arzu etdiyini bildirib.

Qeyd edək ki, Trampla Zelenskinin Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşəcəyi barədə məlumat yayılıb.(Axar.az)