“Traktorsazi” xal itirdi

Futbol üzrə İran çempionatında 19-cu turun oyunları keçirilib.Sozcu.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Saypa” ilə qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Təbrizin digər təmsilçisi – “Maşinsazi” isə bu turda doğma meydanda “Paykan”a uduzub – 0:1.

Hazırda “Traktorsazi” 16 iştirakçı arasında 34 xalla 5-ci pillədə qərarlaşıb. “Maşinsazi” isə 21 xalla 8-cidi.

 

https://sozcu.az/index.php/2016-11-05-12-01-20/guney/9906-%E2%80%9Ctraktorsazi%E2%80%9D-xal-itirdi.html