“Traktor Sazi”dən gözlənilməz məğlubiyyət

İran çempionatında 25-ci turun oyunları davam edir.

Sozcu.az-ın xəbərinə görə, Cənubi Azərbaycan təmsilçisi “Traktor Sazi” səfərdə autsayderlərdən biri olan “Sepidrud”la qarşılaşıb və gözlənilmədən uduzub – 1:3.

“Sepidrud” – “Traktor Sazi” – 3:1
Qollar: Bayrami, 2 (1:0), Şodjai, 23 (1:1), Meysam, 33 (2:1), Bayrami, 66 (3:1)

Təbriz klubu 49 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 51 xalla (24 oyundan) “Persepolis” başçılıq edir. “Sepahan” 47 xalla (24 oyundan) 3-cüdür.”Sepidrud” isə 18 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.(Qol.az)