“Traktor Sazi” səfərdə qalib gəlib

Futbol üzrə İran çempionatında 23-cü turun oyunları davam edir. Cənubi Azərbaycan təmsilçisi “Traktor Sazi” səfərdə “İstiqlal Xuzestan”la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

“İstiqlal Xuzestan” – “Traktor Sazi” – 0:3
Qollar: Suqita, 16, Esmaeilfar, 43, Dejagaj, 66

Bu qələbə ilə xalını 46-ya yüksəldən Təbriz klubu 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 48 xalla “Persepolis” başçılıq edir. “İstiqlal” 43 xalla 3-cüdür.