“Traktor” lider oldu

32

İran çempionatında 22-ci turun oyunları keçirilir.

Sozcu.az-ın xəbərinə görə, Cənubi Azərbaycan təmsilçisi “Traktor” evdə Xorasanın “Padideh” klubu ilə qarşılaşıb. Görüş Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Traktor” – “Padideh” – 1:0
Qol: Antoni Stokes, 22

Bu nəticədən sonra “Traktor” xallarını 43-ə çatdıraraq liderliyə yüksəlib. “Persepolis” 42 xalla 2-ci, “Sepehan” 41 xalla 3-cüdür.(Qol.az)