“Tottenhem”in məşqində qalmaqal

“Tottenhem”in ötən bazar keçirilən məşqində qalmaqal yaşandığı məlum olub.

Sozcu.az “Daily Mail”ə istinadən xəbər verir ki, komandanın müdafiəçisi Denni Rouz məşq zamanı baş məşqçi Joze Mourinyo ilə sərt mübahisə edib. 29 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 23-cü turunda “Uotford”la matçın (0:0) sifariş ərizəsində yer almadığı üçün portuqaliyalı mütəxəssislə yüksək səs tonu ilə münaqişəyə girib.

Digər oyunçular da komanda yoldaşlarının bu cür davranmasına narazılıq ediblər.

Qeyd edək ki, D.Rouz bundan əvvəl İngiltərə kubokunda “Midlsbro” ilə görüşü buraxmışdı.(Qol.az)

Facebook Comments