Torpaq sürüşməsinə görə bu ərazilərdə su kəsildi

Torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb.

Azərsu ASC-dən Sozcu.az-a verilən məlumata görə, su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

Yaranmış narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.

Facebook Comments