Toponimiyalarımızda dayanan Bin və Binə sözləri

Kiyumərs İslami

“Araşdırma”

Azərbaycan haqlı olaraq bəşər sivilizasiyasının ilkin ocaqlarından sayılır. iki milyon yaşı olan (paleolit dövrü) bu əzəli, əbədi və qutsal torpaqda ulu əcdadımız məskən salıb, yuva və ocaq qurub, zamanzaman yaşayıbdır. xalqımız ana vətənin əsil sahibi, əvəzsiz varisi, qoruyub saxlayani, qurub yaradanı olub. dünyanın ən qədim etnoslarının biri kimi tanınıb, sayılıb və seçilibdir.

Azərbaycanda əhalinin artması ilə ilgili, tarixin sonraki inkişaf mərhələlərində, daha dəqiq desək, ilkin toplumun quruluşunun dağıldığı və neçə təbəqəli cəmiətin yarandığı dövrdən etibarən, kənd tipli yaşayış məskənləri, daha geniş yayılmışdır. buraya tarixən yaranmış oba, yurd, düşərgə, qışlaq, yaylaq, yataq, binə və başqa yaşayış məskən tiplərini də daxil etmək olar. bu yaşayış məskən tiplərinin etkisi olaraq bugün də bir çox toponim və şəhər adlarında görünür. bu araşdırmada qısa olaraq iki tanınmış Binab və Üçbinə şəhərlərinin adında olan Bİ VƏ BİNƏ sözlərini açıqlayırıq.

Bilindiyi kimi əski türklərdə yaşayış məkanları ocaq, oba, otaq və s. hər zaman qutsal sayılaraq özəl hörmətə malik olmuşlar, elə bu səbəbdən də ailəni ocaq diyə adlandırmışlar. əslində türklərdə ot, od qutsaldır və otaq sözüdə od’dan alınmadır. yəni ocaq ev, ailə və oba deməkdir.

tədqiqatlar göstərir ki, əski zamanlardan azərbaycanda iştirak etmiş türk boyları, məskən saldıqları məkanlara, cuğrafı, məişət tərzi, etnik və ən başda olan inanclarla bağlı ad seçib və yaşatmışlar. Azərbaycan xalqının yaşayış məskənlərinin tarixən yaranmış başqa sosiyal tipləri Oba, Binə, Şənlik, Sığırxana, Yataq, Yurd, Düşərgə, Qışlaq, Yaylaq, Dəngə və s. müvəqqəti elat yaşayış məskənlərindən ibarət idi. Müvəqqəti yaşayış məskənlərinin ilkin tipi olaraq binə və ya digər kəndin salınmasında başlanğıc mərhələ təşkil edilmişdir (azərbaycan etnoqrafiyası, teymur bünyadov, 2007).

etnoqrafik materiallardan aydın olur ki, binə 19-cu əsrdə azərbaycanın dağlıq bölgələrindəki kəndlərin bir çoxunda mövcud olmuşdur. əsasən maldarlıqla məşğul olan əhali tərəfindən kəndin yaxınlığında salınan təsərrüfat tikililəri (yataq, tövlə, xalxal, at damı və s.) bin və binə adlanırdı. və indiki binab şəhər adında iştirak etmiş bin sözü elə bu tip məskən adından alınmadır. ki, məkan və oba deməkdir. bilindiyi kimi, binabın
ikinci sözü yəni Ab isə, həmən ev və yurd anlamın daşımaqdadır. belə ki, ob, ova, oba, ava, eb və ev sözləri bir anlamda olurlar. alim firudin cəlilovun 2-ci bitikdə yazdığına görə, cuğrafı adlarda iştirak edən-lu, -an, -ar, -uq, -qan, van, şen, bi, bin, bad, bat, batan kimi bir çox ön və son əklərdə yaşayış məkanını göstərir. binə də ailələrin sayı artdıqca, zaman sürəcində yaşayış evləridə inşa edilirdi. və yeni yaşayış məkanları onların məişət tərzinin bir bölümün saxlamaq məqsədi ilə binə adını saxlayıb yaşadırdılar. binə adı iştirak etmiş yaşayış məkanlarının yurdumuzda demək olar ki saysızdır. onlardan, binab şəhəri, üçbinə, xəzər rayonunda binə adlı kənd, bakı ərazisində yerləşən binəqədi kəndi, masallıda binə xocavar kəndi və s. ad aparmaq olur. Bu materiallardan və tədqiqatlardan aydın olur ki, Maddi mədəniyyətinin yaradıcısı olan insan öz yaşayışını təmin etmək üçün çox zaman elə maddi inkişafı onun özündən asılı olur. Yəni insan yeyib-içmədən, evə-ocağa sahib olmadan hər hansı ictimayi faydalı işlə məşğul ola bilməz. Bu baxımdan maddi mədəniyyətinin öyrənilməsi xalqın istehsal fəaliyyətinin öyrənilməsi deməkdir. Azərbaycan bəşər tarixinin ayrı-aryi mərhələlərində yaşayış məskənlərinin və adət-ənənələrinin çeşidli tip və formaları mövcud olmuşdur. Zamanımıza qədər gəlib çatmış yaşayış tərzlərinin tip və formalarının gəlib çatması hər bir xalqın keçmişi, tarixi və ən önəmlisi olan bir millətin ilkin yaşı və yaşayış tarixi üzə çıxır.