Tonoyana şok çağırış: İp qoyacağıq, özünü as!

Tonoyan yerində oturmağa davam edir. Bir erməni dövləti onun gözləri qarşısında dağılsa, “digəri” iflic olsa da, o, əsl zabit kimi özünə qəsd etməyə cəsarət tapmadı. Baş verənlərin əsas günahkarlarından biri də müdafiə naziridir.

Sozcu.az xəbər verir ki, bu barədə “Armenian Report” nəşri məqalə dərc edib.

“İntihar etmək və tarixə əsl zabit kimi daxil olmaq üçün cəsarət tapmasa da, heç olmasa, istefa verərdi. Ona istefaya dair ərizə verməyə nə mane olur ki? Heç bir şey! Amma o, indiyə qədər bunu etməyib. Görünür, Tonoyan Paşinyanla bir yerdə hələ Müdafiə Nazirliyinin büdcəsini axıra qədər yeməyib, ona görə getmir.

Erməni xalqı Tonoyanın iş masasına ip qoyacaq. Tonoyan David Edqaroviç dürüst zabit kimi həyatdan getməyə layiq olmadığı üçün özünü asmalıdır”, – məqalədə bildirilib.

Facebook Comments