“Tom və Cerri”nin yaradıcısı vəfat etdi

Rəssam, rejissor, animator, “Tom və Ceri”nin yaradıcılarından biri Cin Deyç Praqada vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 95 yaşlı rejissorun ölüm səbəbi göstərilmir.

Qeyd edək ki, Cin Deyç “Tom və Ceri” çizgi serialının on üç hissəsini idarə edib, eyni zamanda “Papai Sailor” çizgi serialı üzərində çalışıb. Bundan başqa o, “Munroe”, “Nudnik” və “Tom Terrific” cizgi filmlərini də yaradıcısı olub. 1960-cı ildə buraxılan qısa “Munroe” Akademiya mükafatını alıb.

Facebook Comments