“Tofiq Yaqublunun həyatına görə İlham Əliyev məsuliyyət daşıyır” -AXCP SƏDRİ

Tofiq Yaqublu ağır işgəncələrə məruz qalıb. Tofiq bəy təkcə nüfuzlu və ləyaqətli siyasətçi deyil, o bir igiddir! Fərarilər qaçıb gizlənəndə o könüllü savaşa getmişdi. Tofiq bəy bir Qarabağ savaşçısıdır. Hər bir xalq belə övladı ilə fəxr edər, onu qoruyar, uca saxlayar. 19 oktyabr mitinqində sona qədər birlikdə olduq.

Sozcu.az xəbər verir ki, bunu 19 oktyabr mitinqində həbs edilən Tofiq Yaqubluya işgəncə verildiyi ilə bağlı deyilənlərə münasibət bildirən AXCP sədri Əli Kərimli deyib:

Tofiq bəy mitinqdən sonra 30 sutka həbs olunub. Bir az əvvəl ailəsilə əlaqə saxlayıb, şiddətli işgəncələrə məruz qaldığını, qabırğasının sındırıldığını deyib. Tofiq bəyə və 19 oktyabr mitinqinə görə həbs olunan bütün dostlara hamılıqla dəstək olmalı, onlara azadlıq tələb etməliyik. Əminəm ki, Tofiq bəyə və mənə işgəncə verilməsi birbaşa İlham Əliyevin sifarişi olub. Tofiq Yaqublunun həyatına görə də şəxsən İlham Əliyev məsuliyyət daşıyır. Tofiq bəyə azadlıq!

Facebook Comments