Tixanovskayaya qarşı sui-qəsdin qarşısı alındı

Belarusda prezidentliyə namizəd, müxalifət liderlərindən biri Svetlana Tixanovskayaya qarşı sui-qəsdin qarşısı alınıb.

Sozcu.az xəbər verir ki, bu barədə Belarus Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Valeri Vakulçik deyib.

“Müxalifətin birləşmiş qərargahında Tixanovskayaya qarşı sui-qəsd ola biləcəyi ilə bağlı məlumat aldıq”, – deyə Vakulçik bildirib.

O, bu məlumatdan az əvvəl Daxili İşlər Nazirliyinin “sakral qurban”a ehtiyac olması yönündə informasiya ələ keçirdiyini də əlavə edib:

“Mesajı göndərən müəyyən edilib, qısa zamanda yaxalanacaq”.

Facebook Comments