Tiflisdən Keşikçidağı açıqlaması: Bu bəyanatlardan çəkinin

Gürcüstan ilə Azərbaycan arasında sərhəd məsələsinə dair danışıqlar strateji tərəfdaşlıq münasibətləri əsasında aparılmalıdır.

Sozcu.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin vitse-spikeri Giorgi Volski söyləyib. O deyib ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq xüsusi önəmə malikdir.

Sərhədlərin delimitasiyası ilə bağlı danışıqların davam etdiyini qeyd edən vitse-spiker həmkarlarını və opponentlərini səs-küylü bəyanatlardan çəkinməyə çağırıb.(Axar.az)