Tiflisdə cinsi azlıqlarla millətçilər toqquşdu – Foto

Tiflisdə Gürcüstanın Hökumət Administrasiyasının binası qarşısında cinsi azlıq tərəfdarları ilə millətçilər arasında qarşıdurma baş verib.

Sozcu.az xəbər verir ki, LGBT nümayəndələri “Dövlət haradasan?” adlı aksiya keçirməyə cəhd ediblər.

Millətçilər və din xadimləri aksiyanın keçirilməsinə mane olub. Tərəflər arasında qarşıdurma baş verib.

Cinsi azlıq tərəfdarları hökumət rəsmilərini LGBT nümayəndələrinin 18-23 iyun tarixinə Tiflisdə planlaşdırdığı parad ətrafında yaranmış vəziyyətə münasibət bildirməyə çağırıb.

Əraziyə cəlb olunan çox sayda polis tərəflər arasında canlı sədd yaradıb. Aksiya zamanı 4 nəfər saxlanılıb.

Qeyd edək ki, Gürcüstan Patriarxlığı bu gün hökumətdən cinsi azlıqların paradının qarşısını almağı tələb edib.

***

Tiflisdə cinsi azlıq tərəfdarları və millətçilər arasında baş vermiş qarşıdurma zamanı saxlanılanların sayı 8-ə çatıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan şəxslər polisə tabe olmayıblar.

Gürcüstanın Hökumət Administrasiyasının binası qarşısında vəziyyət gərgin olaraq qalır. Cinsi azlıq tərəfdarları ilə din xadimləri və millətçilər arasında polisin yaratdığı canlı səddi yarmaq üçün cəhdlər edilir.\Report.az\