Tiflis vəd verdi: Anakliya mütləq gerçəkləşəcək

Dövlət Anakliya layihəsini dəstəkləyir və o, istənilən halda gerçəkləşdiriləcək.

Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın İqtisadiyyat və İnkişaf naziri Natiya Turnava deyib.

“Bu, Gürcüstan Konstitusiyasında əks olunan yeganə kommersiya layihəsidir. Biz arzu edirdik ki, Anakliya konsorsiumu onun üzərinə qoyulan öhdəlikləri vaxtında icra etsin. Anakliyanın taleyi dövlətin əlindədir, dövlət isə bu layihəni dəstəkləyir və o, istənilən halda gerçəkləşəcək”, – deyə o bildirib.