“The Washington Post”:- KONQRES TRAMPIN SƏLAHİYYƏTLƏRİNİ ƏLİNDƏN ALACAQ

“Kapitoli təpəsində (ABŞ Konqresinin simvol isimlərindən biridir-red.) prezident Donald Trampa həddən çox səlahiyyət verildiyinin fərqində olanların sayı çoxalıb”.

Gununsesi.org xəbər verir ki, ABŞ dövlət başçısına müxalif mövqeyi ilə seçilən “The Washington Post” qəzetindəki məqalə bu cümlə ilə başlayır.

Bunun ən böyük yollarından biri də Donald Trampın Meksika divarını tikintisinə görə elan etdiyi fövqaladə vəziyyət haqqında qanunun dəyişdirilməsidir. Məsələ ilə bağlı mühafizəkar hüquqşünas Coş Blekmen bütün fövqaladə vəziyyət rejimlərinin elan olunduqdan 3 ay sonra avtomatik bitməsi barədə qanun layihəsini təklif edib. Onun təşəbbüsünə əsasən, bundan sonrakı müddətdə ABŞ prezidenti onu uzatmaq üçün Konqresdən icazə almalıdır.

Digər layihə isə Yuta ştatından olan senator Mayk Lidən gəlib. O, fövqaladə rejimin Konqresin müddəti uzatmadığı təqdirdə 30 gün müddətdə məhdudlaşdırmalı olmasını irəli sürüb.

“The Washington Post” prezidentin səlahiyyətlərinin azaldılması üzərində Nümayəndələr palatasında Endi Biqs, Tom Rid və Coş Qottamayer kimi deputatlar tərəfindən də iş aparıldığını xəbər edib.