“The Quardian”:”Assanc barəsində ABŞ-da cinayət işi başlanılıb” Video

Джулиан Ассанж. Фото: ©REUTERS/NEIL HALL

Bu gün Londonda saxlanılan “WikiLeaks”in yaradıcısı Culian Assanc barəsində ABŞ-ın Ədliyyə Departamenti tərəfindən cinayət işi başlanılıb.

Sozcu.az xəbər verir ki, Virciniya Şərq Dairəsi federal prokurorları tərəfindən irəli sürülən iddiaya əsasən, C.Assanj keçmiş hərbi kəşfiyyat əməkdaşı Çelsi Manninqlə birgə Müdafiə Departamentinin şifrəsini sındırmaq məqsədilə “kompüter haklamaq üçün sui-qəsd”də ittiham olunur.

Şifrəni sındırmaqla onlar hökumətin məxfi kompüter şəbəkəsinə daxil olaraq hərbi və diplomatik sənədləri “WikiLeaks”ə sızdıra bilərdilər.

Bu ittihamla C.Assanj 5 ilədək müddətinə həbs cəzasına məhkum oluna bilər.(Strateq.az)

Facebook Comments