Təyyarə qəzası: Pilot möcüzəvi şəkildə sağ qaldı

Polşanın Krosno şəhərində kiçikhəcmli idman təyyarəsi qəzaya uğrayıb.

Sozcu.az xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.

“Kiçikhəcmli birmotorlu təyyarə – Rand Robinson Kr-1 Krosno şəhərində qəzaya uğrayıb. Təyyarə əvvəlcə işıq dirəyinə, ardınca hasara və daha sonra isə avtomobilə dəyərək yerə çırpılıb”, – bildirilib.

Təyyarədə yalnız pilot olub və o, sərbəst şəkildə nəqliyyatı xəsarət almadan tərk edib.

Facebook Comments