Teymur Mustafayevin oğlu da koronavirusa yoluxdu

Mərhum Xalq artisti Teymur Mustafayevin oğlu Seymur Mustafayev koronavirusa yoluxub.

Sozcu.az-ın xəbərinə görə, bu haqda aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişində məlumat verib: “Onun yaxınları bu haqda məlumat veriblər. O, hazırda xəstəxanada müalicə alır”.

Qeyd edək ki, Teymur Mustafayev yaxın günlərdə 81 yaşında koronavirusdan dünyasını dəyişib.Teleqraf

Facebook Comments