Tərtərdə su kanalında boğulan 10 yaşlı qızın meyiti tapılıb – YENİLƏNİB

Tərtərin Dəmirçilər kəndində su kanalında boğulan 2010-cu il təvəllüdlü Nişanə İsmayıl qızı Əliyevanın meyiti tapılıb.

Sozcu.az xəbər verir ki, Bu barədə APA-nın yerli bürosu xəbər verib.

19 may, saat 23:17

Tərtərdə 10 yaşlı qız uşağı kanala düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.

Hadisə ilə bağlı FHN-nin Kiçik Həcimli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları 10 yaşlı qızın axtarışına başlayıb. 2010-cu il təvəllüdlü Nişanə İsmayıl qızı Əliyeva kənd ərazisindən keçən su kanalında boğulduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Facebook Comments