Terrorçular nazir müavinini qətlə yetirdilər

epa07342123 People carry a victim out of the scene of a car bomb explosion in Mogadishu, Somalia, 04 February 2019. According to local media reports, a powerful explosion rocked the busy market area in Hamarweyne district of the capital, killing an unknown number people. EPA/SAID YUSUF WARSAME

Somalinin paytaxtı Moqadişoda “Əş-Şabab” radikal qruplaşmasının üzvləri hökumət binalarına hücum ediblər.

Hücum zamanı əmək və sosial məsələlər nazirinin müavini Sakar İbrahim Abdulla qətlə yetirilib.

Terrorçular şəhərdə iki avtomobilin partladılması və Əmək və Sosial Məsələlər Nazirliyinin binasına hücuma görə cavabdehliyi öz üzərlərinə götürüblər.

Terrorçular prezident sarayının qonşuluğundakı polis idarəsini ələ keçiriblər. Yerli polis hücum edənlərin beş silahlı olduğunu bildirib. Onlardan biri özünü partladıb.

Hücumlar nəticəsində 11 qadın öldürülüb, 15 yaralının olduğu bildirilir.