Terrorçu erməni general Xocalıda Rusiya həkimləri tərəfindən peyvənd olundu…-FOTO

Bəlkə də quduzluğa qarşı iynələyirlər ki, birdən sabah qudurub özlərini də tutar…

Təbii ki, terrorçu Vitali Balasanyan başda olmaqla Azərbaycan Respublikası ərazisindəki ermənilərin dövlətimizin icazəsi olmadan Rusiya peyvəndi ilə aşılanmasına görə məsuliyyəti ilk növbədə həmin əraziyə nəzarət edən Rusiya hərbi kontingentinin komandanlığı daşıyır…

Qarabağdakı erməniləri Rusiyanın “Sputnik-V” peyvəndi ilə aşılamaq üçün hazırlıqlar davam edir.

Sozcu.az xəbər verir ki, bu haqda qəsbkar Ermənistanın News.am nəşri məlumat yayıb.

Məlumata görə, artıq separatçı-terrorçu xunta tör-töküntülərinin qanunsuz “təhlükəsizlik şurası”nın katibi, Azərbaycan torpaqlarının işğalında və soydaşlarımızın qətliamında fəal iştirak etmiş Vitali Balasanyan “COVID-19”-a qarşı Rusiya “Sputnik-V” peyvəndi ilə aşılanıb. Balasanyan Azərbaycan Respublikasının Xocalı şəhərində yerləşən Rusiya sülhməramlı qüvvələrinin səhra hospitalında peyvənd olunub.

Separatçı rejim qurumunun mətbuat xidmətinin verdiyi məlumata görə, hazırda prosesi təşkil etmək üçün Rusiya tərəfi ilə tələb olunan “Sputnik-V” peyvəndinin Qarabağa mümkün qədər tez gətirilməsi üçün hazırlıq işləri aparılır.

P.S. Bəlkə də Balasanyanı quduzluğa qarşı iynələyirlər ki, birdən sabah qudurub özlərini də tutar…

P.P.S. Təbii ki, terrorçu V.Balasanyan başda olmaqla Azərbaycan Respublikası ərazisindəki ermənilərin dövlətimizin icazəsi olmadan Rusiya peyvəndi ilə aşılanmasına görə məsuliyyəti ilk növbədə həmin əraziyə nəzarət edən Rusiya hərbi kontingentinin komandanlığı daşıyır…moderator

Sultan Laçın

Facebook Comments