Elnur Məmmədov Təhsil nazirinin müşaviri vəzifəsindən azad olunub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, E.Məmmədov digər dövlət qurumunda aldığı təyinatla bağlı Təhsil Nazirliyində tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, E.Məmmədov 2018-ci ildə bu vəzifəyə təyin olunmuşdu.
Xatırladaq ki, iyulun 16-da Prezident İlham Əliyevin imzaladığı sərəncamı ilə Ceyhun Bayramov Təhsil naziri vəzifəsindən azad olunub. C.Bayramov Xarici işlər naziri təyin edilib.
Facebook Comments