“Təəssüf ki, Cümhuriyyətimizlə bağlı bir dənə də olsun normal sənədli film yoxdur”

Nəsiman Yaqublu: “Gəncliyin Cümhuriyyətə sevgisi böyükdür, amma…”

Sabah 28 may – Respublika Günüdür.

Maraqlıdır, müasir Azərbaycan gəncliyinin Cümhiriyyət tarixinə yetərincə marağı varmı? Gənclik Cümhuriyyət tarixi haqında kifayət qədər məlumatlıdırmı?

Moderator.az-a açıqlama verən professor Nəsiman Yaqubli gəncliyin Cümhuriyyətə böyük sevgi bəslədiyini vurğulasa da, bu məsələdəki bəzi problemlərə də diqqət çəkdi:

“Gəncliyin Cümhuriyyətimizə çox böyük sevgisi var. Mən bunu onların suallarından, sorğularından, Cümhuryyyətə olan maraqlarından hiss edirəm. Sadəcə, Cümhuriyyətlə bağlı geniş təbliğatın aparılmaması gənclərdə müəyyən informasiya qıtlığı yaradır.

Cümhuriyyyətimizlə bağlı çoxlu kitabların çapı, televiziya verilişlərinin hazırlanması vacibdir. Təsəvvür edin ki, bizim Cümhuriyətimizlə bağlı bu günə qədər bir dənə də olsun normal sənədli film çəkilməyib. Halbuki, gürcülər belə bir film çəkib. Mən o filmlə bağlı onlara kömək etmişəm. Hətta o filmdə mənim çıxışım da var. Qazaxlar da özləri ilə bağlı belə bir film çəkib.

Qazaxıstan dövləti Mustafa Tokay haqqında 5 serialı film çəkib. Mustafa Tokay 2 ay Bakıda yaşayıb. Mən qazaxlara da bu məsələdə kömək etmişəm. Bizim isə bu sahədə gördüyümüz işlər azdır. Biz ancaq yubiley keçirir, bir də ildönümü yaxınlaşanda bunu qeyd edirik. Bunu həyatımızın ümumi məramına çevirə bilməmişik. Bu məsələdə problemlərimiz var. Buna görə də düşünürəm ki, bu işlər intensivləşməli, sistemli hala keçməlidir. Orta və ali məktəb dərsliklərində əsaslı şəkildə tədris edilməlidir. Bu sahənin ciddi araşdırıcılarına dövlət tərəfindən maddi baxımdan köməklik göstərilməlidir. Bunlar olduqca vacib məsələlərdir”.

Sozcu.az

Facebook Comments