Təbrizin tarixi “Qaim Məqam” sarayı taleyin umuduna buraxılıb

Təbriz şəhərinin tarixi abidələri və tikililəri arasında özünəməxsus yeri olan “Qaim Məqam” sarayı yarım uçuq tikilisindən hal-hazırda mal-heyvan saxlamaq üçün istifadə olunur.

“Sırxab” məhəlləsində, tarixi “Heydət Təkyəsi” ilə yanaşı olan “Yusif Xan Ədl Mükərrəmül Məlik”ə ayid və daha çox “Qaim Məqam” sarayı kimi tanınan tarixi tikili Nasirəddin Şah Qacar dövründə tikilib.

1871-76-cı illər arası tikilən saray Azərbaycanın o vaxtkı valisinə məxsus olub.
Təbriz Universitetinin tarix müəllimi Dr. Sirus Bəradəran Şükuhi bildirib ki, saray Rzaxan Pəhləvi dönəmində məktəb kimi fəaliyyət göstərib.

Tarixi sarayın yenidən qurulması və qorunması ilə bağlı illərdir Təbriz Bələdiyyəsi və Mədəni İrs Təşkilatı arasında yazışmalar gedir. Bu günə kimi nə bələdiyyə nədə tarixi İrs Təşkilatı tikilinin taleyi ilə bağlı bir qərar verməyiblər.

Facebook Comments