Təbrizin məşhur Şahgölü parkında Azərbaycan bayrağı-Polis hərəkətə keçdi

Təbrizin məşhur Şahgölü parkında Azərbaycan bayrağı rənglərinə boyanmış qayıq çaxnaşmaya səbəb olub.

Təbriz prokurorluğunun göstərişi ilə parka çox sayda polis qüvvələri cəlb edilib.

Məlumata görə, martın 20-i günorta saatlarında Təbrizin Şahgölü parkına çox sayda polis qüvvələrinin cəlb olunması əhalinin təşviş və təəccübünə səbəb olub.
Buna səbəb park ərazisindəki göldə bayram münasibətilə bəzədilmiş qayığın Azərbaycan bayrağı rəngləri ilə boyanması olub.

İçi güllərlə bəzədilmiş üç rəngli qayığın fotoları azərbaycanlı sosial şəbəkə istifadəçilərinin rəğbəti ilə qarşılanıb.
Sosial şəbəkələrdə fotoların geniş yayılması Təbriz prokurorluğunu hərəkət keçirib. Parka çoxlu sayda polis qüvvələri göndərilib.

Məlumatda bildirilir ki, Təbriz qubernatorluğu və prokurorluğunun göstərişi ilə qayığın boyası sökülüb. Park işçilərindən bir neçəsi məsələ ilə bağlı dindirilib.

Facebook Comments