Təbrizdə minlərlə insan birlikdə “Nurduz sərhədi bağlanmalıdır” şüarları səsləndirib

Təbrizdə bu gün minlərlə güney azərbaycanlı birlikdə “Nurduz sərhədi bağlanmalıdır”, “Ermənistana silah göndərməyin, qardaşlarımızı Azərbaycanda öldürməyin” şüarları səsləndiriblər.

Təbrizdə Güney Azərbaycan xalqı əllərində Quzey Azərbaycana dəstək plakatları tutaraq və milli şüarlar səsləndirərək, “Nurduz sərhədi Ermənistanın üzünə bağladılmalıdır” şüarları səsləndiriblər.

Əziz oxucular, Güney Azərbaycanın şəhərlərində minlərlə insan bu gün keçirilən eyləmlərdə iştirak ediblər və hazırda da aksiyalar bir neçə şəhərdə davam edir. Lakin internet məhdudiyyətləri olduğundan, xəbərlər qısa təxirlə nəşr edilir. Bunu diqqətə almağınızı xahiş edirik.

İran rejiminin təhlükəsizlik və digər repressiv qüvvələri etiraz aksiyalarından qorxuya düşərək, internet və digər əlaqə vasitələrində məhdudiyyətlər tətbiq ediblər.

Facebook Comments