Təbizin “İmam Rza” xəstəxanasının rəisi, “Sepah”ı Güney Azərbaycanda koronovirus xəstələrinə qarşı xəyanətdə günahlandırıb

Təbrizin “İmam Rza” xəstəxanasının rəisi yayıdığı açıqlamada bildirib ki, azərbaycanlı koronovirus xəstələri bir sıra “görünməz əllər”in xəyanətlərinin qurbanı olurlar.

Xəstəxananın rəisi Dr. Fəqih Dinvəri əlavə edib ki, Covid-19 xəstələrinin ciddi şəkildə süni tənəffüs aparatlarına ehtiyacı var. Ancaq bu aparatların alınması üçün tərəfimizdən pul ödənilsədə, onları əldə edə bilmirik. Halbuki, süni tənəffüs aparatlarını təhvil verməli olan məlum şirkətin anbarında bu aparatlar mövcuddur. Bu şirkəti himayə edənlərin “əməyi” nəticəsində Tibb Universiteti də bu problemi həll etməkdə çətinlik çəkir. əlaqədar qurumlar isə bu məsələyə müdaxilə etməkdən çəkinirlər.

Xəstəxana rəisi əlavə edib ki, Azərbaycanlı xəstələr süni tənəffüs aparatlarının çatışmadığı üçün ölürlər. Ancaq buna baxmayaraq “Sepah”a bağlı olan şirkət öz mənfəətləri üçün bu aparatların müalicə mərkəzlərinə verməkdən imtina edir. Bu xəyanətin son həddidir.

Tibbi avadanlıq bazarı çox qazanclı bir sahəyə çevrilib. Kovid-19 xəstələri xüsusi dərman və aparatlara möhtacdırlar. Ancaq qiymətlərin fərqli olduğuna görə istehsalçılar onları təhvil verməkdən imtina edirlər.

Facebook Comments