TBMM-də Qarabağa əsgər göndərmək təklifi: “Qalxın gedəlim, oranı qurtaraq…” – VİDEO

Bu gün Türkiyə Böyük Millət Məclisində Liviyaya əsgər göndərilməsi haqqında Cumhurbaşqanlığı tezkeresi (icazəsi) müzakirə edilib və 184 əleyhinə, 325 lehinə olmaqla qəbul edilib.

Sozcu.az xəbər verir ki, müzakirə ciddi mübahisələrlə və kəskin tənqidlərlə müşahidə olunub. İYİ parti qrup başqan yardımçısı, İzmirdən olan millət vəkili Aytun Çıray sənədi kəskin tənqif edib.

Liviyaya əsgər göndərilməsinə etiraz edən millət vəkili Qarabağın işğal altında olmasını xatırladıb:

“Qardaş Azərbaycanın torpaqlarının yüzdə iyirmisi işğal altındadır. Tam qanunsuz olaraq. Haydı, qalxın gedəlim, oranı qurtaraq. Nədən etmirsiniz?”

Facebook Comments