Tbilisidə partlayış zamanı yaralananların sayı artdı – YENİLƏNİB

Tbilisidə yaşayış binasında baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 8-ə çatıb.

Georgia Online xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri David Serqeyenko bildirib.

O deyib ki, xəsarət alanların vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onlardan ikisinin tənəffüs yolları yanıb.

Xəsarət alanların arasında 7 aylıq körpə də var.(oxu.az)

****

Gürcüstanın paytaxtı Tbilisinin Diğomi rayonunda yerləşən beşmərtəbəli yaşayış binalarının birində partlayış baş verib. Partlayışa səbəb qaz sızması səbəb olub.

Nəticədə 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayış binada dağıntılara səbəb olub. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub.(Report)