Tbilisidə elektrik enerjisinin verilməsi bərpa olunub

Gürcüstanın paytaxtı Tbilisi şəhərində elektrik enerjisinin verilməsi tam bərpa edilib.

ONA-nın sputnik-georgia.ru saytına istinadən verdiyi məlumata görə, Gürcüstanın regionlarda isə qəzanın fəsadları hələ ki, aradan qaldırılmayıb.

Qeyd edək ki, Gürcüstan vaxtı ilə saat 18:11-də 500 kilovoltluq “İmereti” elektrik ötürücüsünün xətlərində qəza baş verib.