Tarixin gördüyü ən böyük qəhrəman

Hollivudun döyüş filmlərinin ən məşhurlarından olan “Rembo” filmindəki məğlubedilməz əsgər Çon Rembonun Koreya müharibəsi qəhrəmanı türk əsgər Hacı Altınerin prototipi olması ilə bağlı fikirlər mövcuddur.

Türk ordusunun sıravi əsgəri olan Hacı Altınerin tərkibində olduğu bölük 1950-ci ildə Koreya müharibəsində rus generalların yönəltdiyi əksəriyyəti çinlilərdən ibarət olan Şimali Koreya ordusunun mühasirəsinə düşür. Hacı Altıner əsgər yoldaşlarının həyatını xilac etmək üçün səngərdə təkbaşına qalır və mənsub olduğu bölüyün bir hissəsinin mühasirədən çıxmasına səbəb olur. Əsgər yoldaşlarının öldü bildiyi, 14 güllə yarası alsa da səngərini tərk etməyən Hacı Alntımeri ABŞ əsgərləri xilas edir. Amerikalılar 14 güllə yarası almasına baxmayaraq səngəri tərk etməyən Hacı Altınerin silahını da əlindən salmadığını gördükdə gözlərinə inana bilmirlər. Qəhrəman türk əsgəri ABŞ-a müalicəyə göndərilir və 1951-ci ildə Ağ Evdə prezident Harri Trumen tərəfindən qəbul edilir. Ağ Evdəki qəbul və ABŞ şəhərindəki qəhrəman əsgər olaraq xalq qarşısına çıxarılan Hacı Altıner yazçı Devid Morrellini illər sonra müharibə qəhrəmanı obrazını yaratmasının təməli qoyur. Sonra da Hollivud bunu uzun zaman ekranlardan düşməyən döyüş filmin qəhrəmanına çevirir.

Bir də hələ Hollivudun xəbər tutmadığı bir qəhrəman var. Təkbaşına, kimsəyə xəbər vermədən düşmənin arxasına keçərək yağı düşmənlə döyüşə başlayan Mübariz İbrahimov.
Siz bəşər tarixində oxşar, təkbaşışına bir ordunun üzərinə gedən əsgərin qəhrəmanlığına bənzər qəhrəmanlıq nümunələri tapa bilərsiniz, amma eynisini tapa bilməzsiniz!
Qoca tarix çox qəhrəmanlığa şahid olub, amma Hannibal kimi cəsur sərkərdə, Mübaruz İbrahimov kimi qəhrəman əsgər görməyib!

Xəqani Cəfərli, politoloq

Facebook Comments