Tarixi tikili məhv olur: Paris Notr-Damda yanğın – Video

Fransanın paytaxtı Parisdə XII əsrə aid Paris Notr-Dam kilsəsində güclü yanğın baş verib.

Yanğının hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.

Xəsarət alanlar barədə hər hansı məlumat yoxdur.

***

Fransa Prezidenti Emmanuel Makronun bu gün televiziyadan xalq qarşısında çıxışı təxirə salıb.

***

Paris Notr-Dam kilsəsinin sağ qülləsinin damı yanğın nəticəsində uçub.

***

Yanğın Paris Notr-Dam kilsəsinin sol qülləsini də cənginə alıb.

Yanğınsöndürənlər yanğını söndürməyə ehtiyat edirlər. Çünki güclü su şırnağının tarixi tikilinin tamamilə uçmasına səbəb olacağı deyilir.