Tanınmış vəkil aksiyada saxlanıldı

Növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq bu gün saat 15:00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında keçirilməsi nəzərdə tutulan etiraz aksiyası ilə əlaqədar daha iki nəfər saxlanılıb.

Sozcu.az-ın məlumatına görə, saxlanılanlar siyasi fəal Rüfət Səfərov və Müsavat Partiyası Divanının üzvü, vəkil Nemət Kərimlidir.

Xatırlatma: ReAl Partiyanın sədri İlqar Məmmədov, Müsavat Partiyasının başqanı Arif Hacılı, D 18 Hərəkatının sədri Ruslan İzzətli, bloqer Mehman Hüseynov, Ülvi Həsənli, Müsavat Partiyasının üzvləri Əlikram Xurşidov, Bakıxan Qəribli və Bayraməli Abdullayev də saxlanılıb.

Facebook Comments