Tanınmış jurnalistdən DTX-nın saxladığı icra başçısı ilə bağlı ŞOK MƏLUMAT

Xəbər verdiyimiz kimi, dünən DTX Neftçala rayon İcra Hakimiyyətində əməliyyat keçirdi. Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxsin həbs edildiyi bildirilir. Saxlanılanlardan birinin də İcra başçısı İsmayıl Vəliyev olduğu söylənib. Tanınmış jurnalist İlkin Əhmədov sosial şəbəkədə dünən saxlanılan Neftçala rayon İH başçısı barədə paylaşım edib.

Sozcu.az jurnalistin saxlanılan sabiq icra başçısı ilə bağlı yazdıqlarını təqdim edir:
“Hamınız şahidsiniz ki, indiyədək yıxılana balta vurmamışam. Xahiş edirəm ki, yazdıqlarım da bu cür qəbul olunmasın. Dünən həbs olunan İsmayıl Vəliyev 2008-ci (bəlkə də 2009) ildə Qobustanın icra başçısı idi. Rayon camaatı adından bizə şikayət daxil oldu ki, Vəliyev rayon camaatına gün verib, işıq vermir, insanların qanını zəli kimi içir. Əslində elə hamısı elədi, Vəliyev də geri qalmaq istəmirdi. Getdik, çəkiliş etdik. Gördüklərim və eşitdiklərim məni şoka salmışdı. Ardınca yollandıq “xan”ın qəbuluna.

“Xan” o qədər azğınlaşmışdı ki, bizi qəbul etdi və söhbət əsnasında masasının üstünə silahını qoydu, özü də mənə tuşlanmış vəziyyətdə. Açığı, bir qədər narahat oldum. Xüsusilə, operatora görə. Əlqərəz, suallarıma cavab vermədi. Sonda da qayıtdı ki, onsuz efirə getməyəcək. Məndən tez ATV-yə icra başçısının zəngi çatmışdı. Rəhbərlik çağırıb deyəndə ki, material efirə getməyəcək, cavabım qısa idi: “Ya material efirə gedir, ya da mən işdən gedirəm!”, mənimlə işləyənlər bilir ki, həyatda 2-3 dəfə bu cür etmişəm.

Uzun sözün qısası, icra başçısı ilə məsləhətləşmədən sonra xahiş etdilər ki, heç olmasa silah məsələsi efirə getməsin. Belə izah etdilər ki, icra başçısı silah gəzdirə bilər. Mənə vacib olan sakinlərin dadına çatmaq idi. Vəliyevi efirdə döymüşdüm rəsmən. Çox acıqlı idim, yazı da dəhşət aqressiv idi”.

Facebook Comments