Tanınmış alimdən Mirəlioğluna tarix dərsi…

Tanınmış türkoloq alim, filologioya elmləri doktoru, Azərbaycanın sabiq təhsil naziri olan istiqlalçı deputat Firudin Cəlilov KXCP sədri Mirmahmud Mirəlioğlunu ittiham edən yazı ilə çıxış edib.

Sozcu.az saytı alimin yazısını təqdim edir:

Y A Z I X L A R OLSUN ….

Parlamentdə yeni əlifba qəbul olunanda səsi çıxmayan deputat Mirmahmud Mirəlioğlu ölkənin bu hala düşməsində məni günahlandıran Qurbanın bu verilişində deyir ki, guya mən parlamentdə Ortaq Türk Əlifbasının əleyhinə olmuşam, x, q, ə hərflərini ora zorla salmışam. Partiyasında savadlı biri ona izah etsin ki, Ortaq Türk Əlifbası bütün türk dillərini əhatə edən əlifbadır, onun qandığı Türkiyə əlifbası deyil. Ortaq Türk Əlifbası türk ölkələrindən dəvət olunmuş alimlərin iştirakı ilə 1991-də İstanbulda keçirilən üç günlük “Ortaq Türk Əlifbası simpoziumu” sonunda qəbul olunmuş əlifbadır, türkiyəli uzmanlar da 3-4 hərf əlavə edib ortaq əlifbaya keçmək istəsələr də, hakimiyətin dəyişməsilə bu alınmadı. Mən simpoziumun qəbul etdiyi həmin Ortaq Türk Əlifbasını komissiya sədri kimi Azərbaycan parlamentində təqdim etdim, qəbul olundu. Tatarlar və bəzi türk xalqları kimi biz də 28 ildir həmin ortaq əlifbanı işlədirik. Qazax və özbəklər də həmin əlifbaya indi keçirlər. Tarix müəllimi olmuş Mirmahmud bəy bu 28 ildə yazdığı əlifbanın Ortaq Türk Əlifbası olduğunu hələ də anlamayıb, yazıxlar olsun…

Firidun Cəlilov yazısına verdiyi şərhdə daha ciddi bir məsələyə toxunaraq, “İnşallah bir gün Elçibəyin ətrafında olub, ona xəyanət edənlərin, o cümlədən Gəncəyə komissiya üzvü kimi göndərdiyi cəbhəçi bəyin “orada 69 adam olüb” yalan xəbərini gətirəni də deyəcəm” – deyə fikir bildirib.

Elşən Əlisoy