Talibandan Trampa cavab: Mübarizə davam edəcək

Taliban terror təşkilatı ABŞ Prezidenti Donald Trampın sülh danışıqları və təşkilatın liderləri ilə görüşünü ləğv etməsindən sonra da öz mübarizəsini davam etdirəcək.

Sozcu.az xəbər verir ki, bu barədə “Tolo Nyus” kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, taliblər xarici qoşunların Əfqanıstanı tərk edəcəyi günə qədər mübarizələrini davam etdirəcəklərini bildiriblər.

Terror təşkilatı ABŞ-ın danışıqlara qayıdacağına da əminliyini ifadə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Taliban liderləri və Əfqanıstan Prezidenti Əşrəf Qəni ilə Kemp-Deviddə keçiriləcək görüşü ləğv etmişdi. Buna səbəb Əfqanıstanda baş verən terror aktı zamanı ABŞ hərbçilərinin ölməsi olmuşdu.