Taksimi döyüş meydanına çevirdilər

Əlbəyaxa davaya çıxan hər iki qrupda qadınlar da olub

İstanbulun Taksim meydanında kütləvi dava düşüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında iki qrup arasında baş verib.

Bir neçə dəqiqə davam edən dava nəticsində Taksimdə qarışıqlıq düşüb. Hər iki qrupda qadınların da olduğu deyilir.

Məlumata görə, öncə mübbahisə ilə başlayan qarşıdırma sonra əlbəyaxa davaya çevrilib. Hətta davada kəsici-deşici alətlərdən də istifadə edilib. Polislərin müdaxiləsindən sonra dava bitib.

Bir müddət sonra Taksim meydanının başqa ərazisində həmin iki qrup davanı yenidən başladıb. Qadınlardan biri əlində olan şüşə ilə qarşı tərəfdən olan kişini vurub. Yenidən polis qrupları ayırmalı olub.