Tahir Kərimli MM-də “Ağsu Siti”dən danışdı – Video

Ağsunun millət vəkili Tahir Kərimli bu gün Milli Məclisin plenar iclasında Azərbaycan futbolunda yaşanan biabırçılığa görə AFFA-nı tənqid edib:

“Azərbaycanda futbolla bağlı məsələdə ciddi problemlər var. Deyirlər ki, Azərbaycan çempionatı keçirildi. Bu, elə Bakı çempionatı olub. Bunların çoxunu da SOCAR maliyyələşdirir. Hanı bizim böyük şirkətlərimiz? Yuxarı liqalara bir komanda belə çıxmır. Uduzan da, udan da yerində sayır. Yuxarı liqa, aşağı liqa məsələsi bizim futbolda yoxdur. Ona görə də Azərbaycan futbolu yerində sayır”.

Deputat Ağsunu təmsil edən komandanın stadionsuz və dəstəksiz qalmasını da gətirib:

“Ağsunun komandası var, onlar gedir digər rayonlarda məşq edir. Uşaq futbolu, Azərbaycan futbolunu məhv etməyin! Artıq həyacan siqnalı çalmaq lazımdır”.

Facebook Comments