Tacəddin Mirzayi vəhşicəsinə öldürüldü

Güney Azərbaycanın sərhədyanı Makı şəhərindən olan Tacəddin Mirzayi Atəşgah adlı şəxs PJAK terrorçuları tərəfindən öldürülüb.

Sozcu.az  xəbər verir ki, həmin şəxsin terrorçular tərəfindin işgəncə ilə qətlə yetirildiyi bildirilib.

Məlumata görə, terrorçular oğurladıqları şəxsin ailəsi ilə telefon əlaqəsi saxlayaraq onu buraxmaq üçün 500 milyon tümən məbləğində pul tələb edib, lakin ailəsi həmin məbləği təmin edə bilməyib. Bu səbəbdən Tacəddin oğurlandıqdan iki həftə sonra terrorçular tərəfindən vəhşicəsinə öldürülüb.(Axar.az)