TƏBİB parlamentdə sərt tənqid edildi: Ayıb olsun!

“Bu, çox yalnış yanaşmadır”

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) deputatın məktubuna cavab vermirsə, onun fəaliyyəti şübhə altındadır”.

Bunu parlamentin komitə iclasında çıxışı zamanı deputat Rüfət Quliyev deyib.

O bildirib ki, iyunun 12-də TƏBİB-in rəhbərliyinə məktub göndərsə də, hələ də cavab verilməyib:

“Hətta bu gün onlara mesaj da göndərdim ki, deputatdı sizi narahat edən. Ancaq onlardan səs-soraq çıxmadı. Ona görə də məcbur oldum ki, bu məsələni Milli Məclisdə qaldırım. Əgər hər hansı bir qurum deputatın məktubuna cavab vermirsə, onun fəaliyyəti şübhə altındadır”- deyə, deputat əlavə edib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də TƏBİB-i sərt tənqid edib. O bildirib ki, koronavirusla mübarizə aparan tibb işçilərinin maaşlarına əlavələrlə bağlı cənab Prezidentin sərəncamı olsa da, TƏBİB həmin şəxslərə yalnız işə çıxdıqları gün üçün əlavə pul yazır:

“Bu, çox yalnış yanaşmadır. Onlara ayıb olsun!”

Facebook Comments