Təhsil şöbəsinin müdirinə ağır ittiham: Adam öldürüb…

Saatlı rayon Novruzlu kənd ümumi orta məktəbinin müəllimi Həsənov Əlisa Əzizağa oğlu Sozcu.az saytı vasitəsi ilə  Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevə muraciət edib.

Həmin şikayət ərizəsini təqdim edirik:

Hörmətli Dövlət Başçısı Cənab İlham Əliyev,

Siz həmişə çıxışlarınızda “ictimai nəzarət olmadan dövlətimiz inkşaf edə bilməz”, “yerlərdə olan problemləri mənə çatdırın” , “Azərbaycan iqtisadiyyatını hər bir azərbaycan vətəndaşı hiss etməli və görməlidir”, “məmurların vəzifəsi xalqa xidmət etməkdir” ,”mən hər bir azərbaycanlının prezidentiyəm” və s. fikirlərinizi əsas tutub sizə təkrar müraciət etmək məcburiyyətində qaldım.

Hörmətli Dövlət Başçısı Cənab İlham Əliyev

Sizə 01 aprel 2016- cı il tarixdə Saatlı rayon Təhsil şöbəsinin müdir vəzifəsini “zəbt edən” Seyidağa Kazımovun əməlləri haqqında məlumat verməyi özümə bir vətəndaşlıq borcu bildim. Seyidağa Kazımov bir çiynində seyid “rütbəsi”,bir çiynində isə həcc “rütbəsi” gəzdirdiyi üçün onun əlindən,ayağından öpən, ona “biət” edən ambisarlarını başına yığıb rayonda eləcə də ölkəmizin dövlət idarələrini “zəbt etmək” vəzifəsini öhdəsinə götürüb.Bildiyiniz kimi, Təhsil şöbəsinin müdiri vəzifəsi dövlət qulluğu sayılır, amma bu vəzifə vakantda olduğu halda, dövlət qulluğu imtahanında iştrak etməyən S. Kazımov hansı kriteriyalarına görə və necə oldu ki,Rayon Təhsil şöbəsinin müdiri vəzifəsini “zəbt etdi”? Halbuki Rayon Təhsil Şöbəsində beş-altı nəfər dövlət qulluqçusu olduğu halda S. Kazımovun bundan əvvəlki vəzifəsi dövlət qulluğuna aid deyildir.S.Kazımov müdir vəzifəsini “zəbt” etməzdən əvvəl,TŞ-nin Psixoloji Tibbi Pedoqoji Komisiyasının (evdə təhsil) sədri işləyəndə xəstə uşaqların evdə təhsilə cəlb olunanların sayı 170-ə yaxın olduğu halda,hansı müalicələrdən sonra,evdə təhsilə cəlb olunanların sayı hal-hazırda 60-a enib?S.Kazımovun nəvələri Sabirabad Rayon məktəblərinin birində təhsil alırlarsa,bu Saatlı təhsilinin hansı vəziyyətdə olduğunu sübut etmirmi? Müdir vəzifəsi “zəbt edildikdən” sonra Təhsil Şöbəsinin əməkdaşları, eləcə də məktəb direktorları vəzifələrini itirməmək üçün S.Kazımova “biyyət “ edib, Məşhəd,Kərbəla və Həcc ziyarətlərinə getmək məcburiyyətində qaldılar.S. Kazımova “biyyət” etməyən Təhsil işçiləri işlərində yol verdikləri nöqsanlar əsas gətirilərək vəzifələrindən uzaqlaşdırıldılar və yaxşı halda ərizələri alındı.Təkcə Saatlı rayonunun Novruzlu kənd ümumi orta məktəbində bir tədris ilində üç direktor dəyişikliyi,Yeni Novruzlu tam orta məktəbində isə bir aya üç direktor dəyişikliyi bunu sübut edir.O məktəb ki, Dövlət başçımız Novruzlu kənd ümumi orta məktəbinin açılışında şəxsən iştrak edib. Maraqlıdır S. Kazımov Dövlət başçısının etimadın qazanmaq istəyir,yoxsa “dini cərəyanın“ hansısa tərkib planını həyata keçirir ?! S.Kazımov Direktorların işə qəbul imtahanında iştrak etməyən, müəllimlərin diaqnostik qiymətləndirmə imtahanında 60 sualın 10-na cavab yazan bir müəllimi hansı zərurətdən məktəb direktoru təyin edir?!

O da maraqlıdır ki, S. Kazımov müdir vəzifəsini “zəbt”etdikdən sonra Təhsil Naziri tərəfindən işində yol verdiyi nöqsanlara görə üç dəfə töhmət alıb. S. Kazımovun “zəbt etmə əməliyyatı” bununla da yekunlaşmayıb, S. Kazımov Abşeron rayonunun Buzovna qəsəbəsində dəniz sahilində milyon manatla ölçülən villanı da “zəbt” edib.Hətta təbiətimizin nadir quş və heyvanlarını da “zəbt” etməyi də yaddan çıxarmayıb.O da yaddan çıxmayıb ki, kənd sakinlərinin saxladıqları heyvanların hektarlarla örüş yerini də zəbt edib və s.

Maraqlıdır S.Kazımov kimdir ?!

S. Kazımov Müstəqillik illərinin ilk dönəmində Saatlı Rayon İcra Hakimiyyəti müavini vəzifəsindən birini “zəbt” etdiyi üçün həmin vəzifədən uzaqlaşdırıldı.Sonra isə Saatlı rayon poçt şöbəsinin müdiri vəzifəsini “zəbt ” etdi.Həmin dönəmdə pensiyaçıların təqaüdün poçt şöbələri verdiyi üçün S.Kazımov onlarla,hətta deyərdim yüzlərlə pensiyaçıların təqaüdün mənimsəyib, oğlu Tahir Kazımovu Saatlı Rayon Maliyyə idarəsinə yerləşdirməyə nail oldu .S.Kazımovun Baş prokurorluqda işləyən qardaşı Mircavad Kazımovun köməkliyi ilə mənimsənilmiş pensiya pullarının “həzm” edilməsinə, cinayət işinin açılmamasında xüsusi xidmətləri oldu.Hal hazırda rayonda ” hamam sauna ” işlədən Mircavad Kazımov öz kadrları ilə Saatlı rayon prokurorluğunu da “zəbt ” etməyə hazırlaşır. .Belə ki, Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin sabiq direktoru ilə S. Kazımovun isti və qohumluq münasibətlərindən istifadə edib, Rayon prokuroru Kamran Əhmədovun vəzifəsinə kölgə gətirən yazılar dərc etdirir.Bunu sabiq direktor Elnur Rzayevin feysbuk səhifəsində gedən yazılar da sübut edir.Maraqlı bir məqam,S.Kazımovun oğlu Tahir Kazımov Rayon Maliyyə idarəsinin məsul vəzifəsini “zəbt” etdikdən sonra Rayon Maliyyə İdarəsi neçə illərdir müdir vəzifəsinə “həsrət” qalıb.T.Kazımov Rayon Maliyyə İdarəsini “zəbt” etməkdən ötrü,Maliyyə İdarəsinə təyin edilən müdirlərə “torba” tikir. Bu səbəbdən də Maliyyə idarəsi neçə illərdir öz müdirini səbrsizliklə gözləyir. Kazımovların “zəbtetmə” planı bununla da yekunlaşmayır. S.Kazımovun Təyyar adlı kürəkəni Zərdab rayon hakimi vəzifəsini də “zəbt” edib.Nəzərə alsaq ki,gəzən şayələrin,dedi qoduların əlli faizi yalan olduğu halda ,ehtimal etmək olar ki, əlli faizi isə həqiqətə uyğundur.S.Kazımovun Rayon Maliyyə idarəsində işləyən oğlu T.Kazımov hal hazırda idarə etdikləri xarici avtomobildən əvvəl, Prado Hunday markalı avtomobili hansı səbəbdən satdığı da maraqlıdır. Gəzən şayələrə görə T.Kazımov Sabirabad rayon Qaratəpə kəndi ərazisindən keçən magistral yolda sürət həddini keçdiyi üçün yoldan keçən piyadanı vurub öldürmüşdür.Bu hadisə ilə bağlı cinayət işinin açılmamasında çox güman ki, o vaxtlar Baş prokurorluqda işləyən T.Kazımovun əmisi Mircavad Kazımovun xüsusi xidmətləri olmuşdur.Mən şəxsən bu hadisədən sonra T.Kazımovun neçə aylar qolu boynunda gəzdiyinin şahidi olmuşam. Başqa bir fakt S.Kazımov Rayon Təhsil şöbəsinin müdiri vəzifəsini “zəbt” etdikdən sonra müəmmalı vəziyyətdə qıçı sınmaqla neçə aylar yataq xəstəsi oldu.Bunu da onunla əsaslandırdılar ki,Rayon Təhsil şöbəsinin binasının, birinci mərtəbəsindən ikinci mərtəbəsinə pilləkənlə qalxanda yıxılıb qıçı sınıb.Maraqlı bir sual yaranır,S. Kazımovdan da yaşlı insanların həmin pilləkəndə qıçları sınmayır, lakin S.Kazımovun həmin pilləkəndə qıçı sınır?.Maraqlıdır bu hadisənin səbəbkarı pilləkəndir, yoxsa S. Kazımovun etdiyi günahların cəzasıdırmı ?

Hörmətli Dövlət Başçısı cənab İlham Əliyev

Əgər Kazımovların zəbtetmə planının qarşısı alınmazsa çox çəkməz ki, dövlət qürumları və hektarlarla ərazilər “işğal” olunacaq.  Hədələndiyimi nəzərə alıb özümün və ailə üzvlərimin təhlükəsizliyinin təmin olunmasında köməklik etməyinizi xahiş edirəm.

PS:1. Növbəti yazıda Seyidağa Kazımov TN-nin hansı məsul əməkdaşı ilə TN-nin apardığı islahatlara “kölgə” salması və S.Kazımovun səkkiz qardaşının hər birinin hansı işlərlə məşğul olduqları haqqında məlumatlar yerləşdiriləcək.

QARŞI TƏRƏFİN DƏ MÖVQEİNİ DƏRC ETMƏYƏ HAZIRIQ