Təbrizin altından qədim şəhər çıxdı -VİDEO

Azərbaycanın qədim paytaxtı Təbriz şəhərində qəribə hadisə baş verib.

Sozcu.az JAMAZ.İNFO-ya istinadən  xəbər verir ki, baş verən hadisə bütün İranda maraqla qarşılanıb.

Belə ki, Təbriz şəhərinin Şahnaz məntəqəsinin Valman məhəlləsində torpaq qəfil çöküb. Çökmə hadisəsinin baş verməsinə səbəb ərzidə aparılan tikintilər olub. Hadisə nəticəsində yerin altından çıxan isə qədim şəhər olub. Əraziyə cəlb olunan tarixçi alimlər və arxeoloqlar gördüklərindən heyrətə gəliblər. Ona görə ki, yerin altından çıxan şəhərin qalıqları olub.

Alimlərin ilkin rəyinə görə, yerin altından çıxan dağıntılar qədim şəhərin qalıqlarıdır. Həmin dağıntıların böyük tağlardan və sütunlardan ibarət olması isə alimləri daha da heyrətə gətirib. Çünki bu sütunlar və tağlar yaxın dövrə aid olmayıb.

Ərazidə arxeoloji qazıntı aparan alimlərin ilikin qənaəti iki hissədən ibarətdir. Birinci qənaət odur ki, bu dağıntılar qədim Təbrizdəki bazarın giriş qapısıdır. İkinci ehtimal isə odur ki, bu dağıntılar qədim dövrlərdə şəhərə hücum edən düşməndən müdafiə olunmaq üçün sığınacaq olub. Amma alimlər arxeoloji qazıntılar başa çatmadan qəti söz demək istəmirlər.

Qeyd edək ki, əraziyə xeyli sayda alim və mütəxəssis cəlb olunub. Onlar bütün ərazinin qazılması prosesini aparırlar. Bəzilərinin qənaəti isə ondan ibarətdir ki, bu dağıntıların altından çıxan şəhər bir çox tarixi hadisələr üçün açar olmaqla yanaşı, Təbrizin tarixinin yenidən yazılmasına vəsilə ola bilər.