Təbrizdə internet kəsildi: qarşıdurma davam edir – Video

Bu gün “Traktor”un “Peykan” (Tehran) komandası ilə növbəti oyunu zamanı azarkeşlərlə polis qüvvələri arasında insident baş verib.

Sozcu.az xəbər verir ki, polis qüvvələri güc tətbiq edərək, azarkeşlərə qarşı bibər qazı və su şırnaqlarından istifadə edib.

Əldə etdiyimiz məlumata görə, qarşıdurma zamanı xeyli insan xəsarət alıb.

Qeyd edilir ki, “Traktor” 1:0 hesabı ilə oyunu uduzub.

Hakim açıq-aşkar “Traktor” komandasına qarşı qərəz nümayiş etdirərək 3 penaltini hesaba almayıb.

Təbrizin “Səhənd” stadionu ətrafında başlayan qarşıdurma səngimək bilmir.

Belə ki, azarkeşlərlə polis qüvvələri şəhərin içərilərinə doğru irəliləyiblər. Hal-hazırda şəhərin müxtəlif səmtlərində qarşıdurmalar davam etməkdədir.

Qeyd edək ki, hökümət orqanları Təbrizdə internetin verilişini dayandırıb.(Axar.az)