Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər

Min ildən çox yaşı olan Təbriz bazarı YUNESKO-nun dünya mirası siyahısından çıxarıla bilər.

Sozcu.az xəbər verir ki, bu barədə İranın Tarixi Bina Mütəxəsisləri təşkilatının bəyanatında məlumat verilib.

“Təbrizin tarixi binaları, o cümlədən, dünyanın ən böyük qapalı bazarı olan Təbriz bazarının düzgün qorunmadığı və təmir edilmədiyi halda YUNESKO-nun siyahısından çıxarılma ehtimalı var. YUNESKO-nun bəyannaməsinin 4-cü fəsilinin B bəndinə əsasən, bazar dağılmış tarixi bina siyahısına salına bilər”, – deyə bəyənatda bildirilib.

Xatırladaq ki, Təbriz bazarı 2011-ci ildə YUNESKO-nun 11-ci dünya mirasi kimi siyahıya salınmışdı.(Axar.az)