Şuşasız şadlanmaq şərəfsizliyi…

Sultan Laçın

Azərbaycanda kimsənin sinəsinə döyüb hansısa uğurdan danışmağa haqqı yoxdur…

Ölkəsinin tarix boyu itirilə-itirilə olan-qalan ərazisinin daha 20 faizi işğal altında qalan və həmin torpaqların azad olunması üçün nəsə etməyə cəhd belə göstərməyən bir vətəndaşın şərəfdən danışmağa haqqı varmı?..

Şuşada olmayanlarımız, heç olmasa, fotolarına, videolarına baxsınlar – belə şəhəri, belə bölgəni itirdikdən sonra əlini-əlinin üstünə qoyub 28 il cınqırını da çıxarmayıb, bir kəsdən tələb etmədən, yalnız canının, qarnını doyurmağın hayına qalıb ev, yardım, iş, vəzifə davası etmək, üstəlik, fürsət düşən kimi, kafelərdə, gecə barlarında, restoranlarda, şadlıq saraylarında ley-pey edib şadlanmaq, atəşfəşanlıq şərəfsizlik deyilmi?

Son 25-30 ilin, xüsusən 26 illik “atəşkəs” dövrünün gerçəklərini görən hər bir kəsə aydın olar ki, Şuşanı, Kəlbəcəri, Laçını – Qarabağı azad edə bilmədikcə Azərbaycanda vəzifəsindən, statusundan, var-dövlətindən, siyasi mövqeyindən asılı olmayaraq kimsənin sinəsinə döyüb hansısa uğurdan, müvəffəqiyyətdən, üstünlükdən, qələbədən danışmağa haqqı yoxdur…(Moderator.az)

Facebook Comments