“Şuşa deyib mələyirəm“ – Flora Kərimova

Məşhurlar tərəfindən hərbi hissələrə sovqatların verilməsi davam etdirilir. Şou-biznes nümayəndələri xalq-ordu birliyinə nümunə olaraq əsgərlərimiz üçün müxtəlif ərzaq məhsulları, geyim və s. göndərirlər.

Yenisabah.az-a danışan Xalq artisti Flora Kərimova yemək bişirə bilmədiyini, ancaq əsgərlərə sevgi göndərdiyini bildirib:

“Mən ürəyimi göndərərdim. Ürəyimi yarardım, hər tikəsini onlara göndərərdim. Təssüflər olsun ki, mən xörək bişirə bilmirəm. Mənim sevgim var, özüm gedib onların qab-qaşığını yuyardım, onlara “ay can” deyərdim, ana nəvazişi göstərərdim, saçlarını sığallayardım, alınlarından öpərdim. İnşallah şad xəbərlər eşidək, artıq tükənmişəm, yorulmuşam. Nigaranlıqdan yoruluram, Şuşa deyib mələyirəm. Allah dövlət başçımıza qıymasın, onu daim qorusun. Azərbaycanın belə qeyrətli oğulları olmasaydı bu millət nə günə düşərdi, onlar bu torpağı ayaq üstə, dik saxlayırlar. Mən əminəm ki, vətən qəhrəmanları arasında İlham Əliyevin çox sayalı yeri var. Azacıq savadı olan hər kəs bilir ki, bu həm döyüş qələbəsi, həm də siyasi qələbədir”.

Facebook Comments