Sürücülərə xəbərdarlıq: Bu yolda diqqətli olun!

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Sozcu.az xəbər verir ki, Bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

“Sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, – məlumatda qeyd olunub.