Suriyada dəhşətli partlayış: 9 ölü, 90 yaralı

Suriyanın Tel Abyad bölgəsində PYD/PKK terrorçuları tərəfindən dəhşətli partlayış törədilib.

Sozcu.az xəbər verir ki, hadisə nəticəsində 9 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Partlayış nəticəsində Tel Abyadın Suluk qəsəbəsindəki evlərə ciddi ziyan dəyib. Dağıntılar altında çox sayda insanın qaldığı ehtimal olunur.