Sumqayıtda “Mənim Şəhərim” devizi altınta incəsənt sərgisi keçirilib

Sumqayıt şəhərində tanınmış dizayner Lalə Nurinin rəhbərliyi və təşkilatçılığı ilə ,öz əl işlərini nümayiş etməklə “Fashion Look” kecirilib.

Moda baxış sərgidə ekstravaqant dizayner,rəssam,modelyer Lalə Nurinin hazırladığı geyimlərlə yanaşı, əl işlərindən ibarət müxtəlif aksessuarlar da nümayiş etdirilmişdir. Sərginin kulinariya hissəsində milli şirniyyata aid nümunələr nümayiş etdirilmişdir.
Qeyd edək ki, Beynəlxalq incəsənət tədbirinə namizədliyi ilə mükəmməl ahəngdarlıq təşkil edən, Lalə Nurinin əsas mövzusu istedad, həyatsevərlik və uğurlarını insanlarla paylaşmaq olmuşdur.

Tanınmış dizayner Lalə Nuri bildirmişdir ki: “ Belə sərgilərin davamlı olması qrafika, dekorasiyası, moda, rəngkarlıq sahələrində , ölkəmiz müasir dizayner sənətinin vəziyyətinin formalaşmasına böyük təsir göstərməkdədir. Bundan sonra hər il ənənə halını alacaq sərgi, gələcəkdə yarışmacılar arasında saglam rəqabət və inkişaf üçün zəmin yaradacaqdır.”